Qırmızı dənizin cənubunda, Eritreya sahillərindəki Dahlak arxipelaqında yerləşən İsrailin xaricdəki ən böyük hərbi bazası İranın əsas hədəflərindən birinə çevrilə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. Məlumata görə, İsrailin Qırmızı dənizin cənub hissəsindən keçən gəmiləri, o cümlədən İrandan gələn neft tankerlərini izləmək üçün istifadə etdiyi Dahlak adalarındakı hərbi-dəniz bazası İran sistemlərinin əhatə dairəsindədir.
Bundan əlavə, İran qüvvələri Eritreyadakı ən yüksək dağ olan Amba Mossino dağında yerləşən kiçik İsrail radar bazasına da hücum edə bilər.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm