Qahirə və Vaşinqton İsrail qüvvələrinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri ərazisində mümkün hərbi əməliyyatını qəbuledilməz hesab edir.
BUTA.TV xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Sameh Şükri və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı bildirilib.
“Söhbət zamanı Misir XİN rəhbəri və ABŞ dövlət katibi İsrailin Rəfah bölgəsində hər hansı mümkün quru hərbi əməliyyatının, xüsusilə bu cür addımların ciddi humanitar nəticələrini və sabitliyə təhlükəli təsirini nəzərə alaraq, yolverilməzliyini təsdiqləyiblər”, - deyə Misir XİN nümayəndəsi Əhməd Əbu Zeyd bildirib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm