İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliya XİN başçısı özü açıqlama verib.
“İranın xarici işlər naziri ilə Yaxın Şərqlə bağlı uzun müddətli telefon danışığımız oldu. Mən İtaliya hökumətinin gərginliyin azaldılması istiqamətində mövqeyini təkrarladım. Rəsmi Tehranı mötədil yanaşmaya çağırdım. Bundan başqa, Livandakı İtaliya qoşunlarının və Qırmızı dənizdəki ticarət gəmilərimizin təhlükəsizliyinə zəmanət verilməsinin zəruriliyini bildirdim”, - A.Tajani vurğulayıb.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm