Son iki gündür, abonentlər qaz sayğaclarına ödənişlərin mümkün olmadığını iddia edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a bir neçə vətəndaş tərəfindən şikayət daxil olub. Vətəndaşlar iddia edirlər ki, smart-kart tipli sayğaclara ödəniş etmək istəyən zaman sözügedən problemlə qarşılaşırlar. Nə terminallardan, nə də mobil telefon üzərindən müvafiq tətbiqlər vasitəsilə ödənişi həyata keçirmək olur.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Abonent Bazasına Xidmət Şöbəsinin rəisi Oqtay İbrahimov bildirib ki, iki gündür, proqram üzərində aparılan müvafiq işlərdən dolayı abonentlər müvəqqəti narahatlıqla üzləşiblər:
“Dünən bu problem smart-kart tipli sayğaclara ödəniş edilməsi prosesində olub, lakin bu gün həmin sayğaclara ödəniş edilməsində hansısa problem yoxdur. Ümumilikdə serverin yeri dəyişdirildiyi üçün bağlantı (şəbəkə) məsələsində müəyyən fasilələr yaranır deyə bu cür şikayətlər meydana gəlir. Hazırda smart-kart tipli sayğaclara ödənişlərdə problem yoxdur. Lakin bildirişli, abonent kodu ilə aparılan ödənişlərdə müəyyən zamanlarda əlaqə qırılır, yenidən bərpa edilir.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Hazırda problemin həll olunması üçün aidiyyəti şöbənin əməkdaşları çalışırlar, təəssüf ki, dəqiq vaxt demək mümkün deyil”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm