Qazaxın hələ də Ermənistan işğalı altında olan Xeyrimli kəndinin son görüntüləri yayılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
Fotolardan Ermənistanın Xeyrimli kəndini taladığı, dağıtdığı aydın şəkildə görünür.
Qeyd edək ki, Qazaxın Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistanın işğalı altındadır. Bunlardan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri anklav deyil və sərhədimizə bitişikdir.
Azərbaycan ilkin mərhələdə anklav olmayan kəndlərimizin qaytarılmasını tələb etsə də, Ermənistan rəhbərliyi müxtəlif bəhanələr, xüsusilə “yerli icmaların etirazına görə” prosesi təxirə salmağa davam edir.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm