Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Ərsin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.
Dövlətimizin başçısı parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis