Britaniyada Mühafizəkarlar Partiyasının deputatı Uilyam Vraq bir tanışlıq proqramında tanış olduğu şəxsə bəzi deputatların şəxsi telefon nömrələrini verib.
BUTA.TV xəbər verir ki, bu barədə Uilyam Vraq “Tayms”a etiraf edib, daha sonra hərəkətlərinə görə üzr istəyib.
Belə ki, Uilyam Vraq tanışlıq proqramındakı şəxsə öz intim şəkillərini yolladıqdan sonra, həmin şəxs tərəfindən təhdidlərə məruz qalıb. Bundan sonra isə Uilyam Vraq onu təhdid edən şəxsə arasında hökumət naziri, müşavirlər, bəzi sabiq deputatlar və parlamentdəki siyasi jurnalistlərin də olduğu ən azı 12 nəfərin telefon nömrəsini verib.
Uilyam Vraq deyib ki, qorxduğu üçün belə bir hərəkət edib. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Uilyam Vraq 2015-ci ildə Böyük Mançester seçki dairəsindən deputat olub.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis