Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı müzakirələrə bu ölkənin sabiq prezidenti, separatizmin və azərbaycanlılara qarşı soyqırımın müəlliflərindən olan Serj Sərkisyan da qatılıb.
BUTA.TV xəbər verir ki, Sərkisyan erməni mediasına açıqlamasında o kəndlərin Ermənistanın yuristiksiyasına daxil olmadığını dolayısı ilə təsdiqləyib.
O, kəndlərin hansı əsaslarla qaytarılmasından bəhs edib:
“Bu danışıqlardır, sərhədlərin demarkasiyası prosesidir, yoxsa sadəcə olaraq Azərbaycanın tələbini ödəyir?”
Sərkisyan bildirib ki, guya Ermənistana daxil olan qaz kəmərlərini Azərbaycan 90-cı illərdə partlatmaq istəyirmiş:
“90-cı illərin əvvəllərində böyük çətinliklər bahasına Ermənistan həmin qaz kəmərlərinin partlaması istəyinə son qoya bildi”.
Bununla da Sərkisyan guya “təhlükəsizlik məqsədi ilə” həmin kəndlərin işğal edildiyini təsdiqləyib.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır