İslam istənilən hücuma qətiyyətli cavab verəcək.
BUTA.TV xəbər verir ki, bu fikirlər İranın BMT-dəki nümayəndəliyinin bəyanatında əksini tapıb.
Bəyanatda nümayəndəlik son iki gündə Vaşinqtondan Tehrana çoxsaylı mesajlar göndərilməsi ilə bağlı xəbərləri təkzib edib:
“Belə məktub mübadiləsi olmayıb. Buna baxmayaraq, İran İslam Respublikasının əsas siyasəti bundan ibarətdir ki, hər hansı bir tərəf İran torpağına və ya ölkə sərhədindən kənarda onun mənafeyinə, vətəndaşlarına hücum edərsə, qəti və sərt cavabla üzləşəcək”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl “Əl-Cəzirə” telekanalı İordaniyanın şərqindəki səhra bazasına hücumdan və üç amerikalı əsgərin öldürülməsindən sonra Vaşinqtonun üçüncü ölkə vasitəsilə İrana mesaj göndərdiyinə dair məlumat yayıb.
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO
- Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO
- Bu valideynlər cərimələnəcək - Prezident təsdiqlədi
- İlham Əliyev 2 fərman imzaladı
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı