Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko 2024-2026-cı illər üçün İttifaq dövlətinin yaradılması haqqında müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətləri haqqında fərman imzalayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, tərəflər İttifaq Dövlətinin Ali Dövlət Şurasının bu gün Sankt-Peterburqda baş tutan iclasının yekunlarına dair sənədlər imzalayıblar.
Qeyd edək ki, ötən həftə Birlik Dövlətinin Dövlət Katibi Dmitri Mezentsev bu fərmanı hazırlamaq üçün müxtəlif sahələr üzrə hökumət planlarının hazırlanacağını, üç illik planın baş nazirin müavinləri tərəfindən təsdiqlənəcəyini söyləyib.
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO
- Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO
- Bu valideynlər cərimələnəcək - Prezident təsdiqlədi