Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, Xaçmaz rayonu, Gülalan kənd sakini, 1986-cı il təvəllüdlü Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 minik markalı avtomobili hərəkətdə olarkən sol arxa şini partlayıb. Nəticədə avtomobil yolun sol hissəsində olan beton dirəyə dəyərək aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Laləzər İsgəndər qızı Əzizova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO
- Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO
- Bu valideynlər cərimələnəcək - Prezident təsdiqlədi