Almaniyada 2024-cü ilin əvvəli istehlak mühitinin azalması ilə yadda qalıb.
BUTA.TV “Döç Velle”yə istinadən xəbər verir ki, 2023-cü ilin sonunda Milad və Yeni il bayramları ilə əlaqədar Almaniyada istehlak mühitində müəyyən müsbət tendensiyalar qeydə alınıb.
Lakin iqtisadçıların qiymətləndirməsinə görə, 2023-cü ilin mart ayı göstəricisindən də aşağı olan azalma başlayıb.
Belə ki, yanvarın 26-na Almaniyanın istehlakçı əhval-ruhiyyəsinin qiymətləndirmə indeksi 4,3 bənd azalaraq - 29,7-yə enib.
Qeyd edək ki, koronavirus pandemiyasına qədər +10 idi. Mütəxəssislər qeyd edirlər ki, sıravi almanlar böhranlar, müharibələr və inflyasiya fonunda öz gəlirlərini yığmağa və “çətin günə” qənaət etməyə daha çox meyllidirlər.
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO