Rusiyanın Ermənistana silah göndərməsinə gəlincə, Moskvanın özünün silaha ehtiyacı olduğu və Şimali Koreya, eləcə də İrandan silah aldığı halda İrəvana necə silah verə bilər? Rusiyada belə imkanların olduğunu görmürəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın “Aşxar” Strateji Araşdırmalar Mərkəzinin direktoru Qraçya Arzumanyan deyib.
“Məncə, bunlar boş söz və bəyanatlardır. Rusiyadan heç bir silah gözləmirəm. Ermənistan Müdafiə Nazirliyinin bəyanatına gəlincə, təəssüflə deməliyəm ki, onların sözlərinə inanmıram. Gəlin, bir az gözləyək və altı aydan sonra bəlkə yenidən bu məsələlərə qayıdaq, amma indi bu mövzuya toxunmağın mənası yoxdur. Bilirsiniz, hərbi sahədə mövcud olan real problemləri bir kənara qoyub, bəzi anlaşılmaz bəyanatlar arxasınca qaçırıq. İndiyədək Ermənistan MN orduda real dəyişiklik və islahatlar barədə açıqlama verməyib və ya başlamayıb. Ermənistan ordusu 2020-ci ildə məğlub olan köhnə silahlı qüvvələr olaraq qalır. Üç il keçdi və heç nə dəyişmədi. Bəyanatlar, gurultulu sözlər var ki, islahatlara doğru gedirik, amma əslində heç nə dəyişməyib. Yeni sərhədlərdə mühəndis təminatı, ictimai hazırlıq səviyyəsi ilə bağlı min bir problemimiz var, ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsi yüksəlməlidir. Bütün bu problemləri bir kənara qoyub, rus silahlarından danışırıq”, - o bildirib.
- Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
- Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir