Güney Azərbaycanın Sərtdəşt meşələrində güclü yanğın nəticəsində hektarlarla meşə zolağı məhv olub.
BUTA.TV xəbər verir ki, bu barədə Sərdəşt Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin başçısı Rəhmət İbrahimi açıqlamasında bildirib.
O, yanğının səbəblərinin dəqiqləşdirilməsi üçün araşdırmalar aparıldığını deyib.
Yerli ətraf mühit fəalları yanğının söndürülməsi üçün yetərli texniki avadanlıq və yanğınsöndürən cəlb edilmədiyini, ətraf kəndlərin əhalisinin səyi nəticəsində yanğının yayılmasının qarşısının alındığını yazıblar.
Qeyd edək ki, Sərdəşt bölgəsi 90 min hektar meşə və 30 min hektar otlaq sahəyə malikdir. Bölgə meşə sahəsinə görə Qərbi Azərbaycan əyalətində birinci yeri tutur.
- Akif İslamzadənin vəziyyəti necədi?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video
- Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı
- “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” - Fotolar
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı
- Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü