Azərbaycan sülh müqaviləsinin bağlanmasını “süni surətdə çətinləşdirə” biləcək bəzi məsələləri gündəliyə daxil etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin “əgər İrəvan Qarabağ ermənilərinin məsələlərini saziş layihəsinə daxil etmək istəyirsə, bu, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq və yaşamaq hüququna da şamil edilməlidir” bəyanatını şərh edərkən deyib.
“Bunu çox mənfi qiymətləndirirəm. Daim bu haqda danışmaq süni problemlər yaradır. Məsələn, gürcülər Ermənistana yaşamağa gəlsələr, hər hansı bir maneə olacaqmı? Gürcüstanla müqavilədə bu haqda yazmışıq? Əlbəttə, yox. İstisna etmirəm ki, vaxt keçəcək və ermənilər gedib Azərbaycanda yaşayacaq, bəzi azərbaycanlılar da gəlib Ermənistanda yaşayacaq və bir-biri ilə ticarət edəcəklər. Biz eyni bölgədə yaşayırıq və bütün problemləri həll etməyə çalışmalıyıq”, - o bildirib.
- Akif İslamzadənin vəziyyəti necədi?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video
- Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı
- “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” - Fotolar
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı
- Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü