Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.
BUTA.TV xəbər verir ki, burada noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir.
Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər.
“Mazımqara” gömrük keçid məntəqəsindən bildirilib ki, yaşanan bu sıxlığın səbəbi əsasən il sonu olması etibarilə yükdaşımanın artması səbəbindən baş verib.
Bəs bu problem nədən qaynaqlanır? Nə zaman həllini tapacaq?
Ətraflı AzTV-nin süjetində:
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - Video
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video