İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb.
BUTA.TV xəbər verir ki, yerli medianın məlumatına görə, İtaliya hökuməti bununla bağlı Çinin Romadakı səfirliyinə rəsmi məktub göndərib.
Sənəddə İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib.
Qeyd edək ki, İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə G7-yə üzv ölkə idi. İtaliyanın Baş naziri Corciya Meloni bu il sentyabrın 12-də ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxacağını nəzərdən keçirdiyini demişdi.
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - Video
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video