Zəngilan səfəri məndə çox böyük təəssürat yaradıb. Azərbaycanda bu cür genişmiqyaslı bərpa-quruculuq işlərinin birinci dəfədir şahidi oldum.
BUTA.TV xəbər verir ki, bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza söyləyib.
“Məni heyran edən ikinci məqam həmin bu genişmiqyaslı prosesin regionda davam edən mina təhlükəsi dövründə baş tutmasıdır. Çünki Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməyib və bu, insanların qayıtması üçün böyük təhlükə yaradır. Buna baxmayaraq, bərpa və quruculuq işləri sürətlə və uğurla davam edir”, - deyə M.Brayza qeyd edib.
Beynəlxalq ekspert bildirib ki, müasir tarixdə tamamilə dağıdılmış və o qədər böyük əraziyə bənzər bir nümunə olmayıb. İndi isə bu ərazi yenidən qurulacaq və öz doğma torpaqlarına qayıdan insanlar üçün normal həyat şəraiti yaradılacaq.
- Azərbaycan vətəndaşı belə əsir götürüldü - Video
- Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı