Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyanın İrəvanın pulunu ödədiyi, lakin hələ də almadığı silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində olmadığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
“Biz bunu ancaq alqışlaya bilərik. Belə başa düşürük ki, Rusiya Müdafiə Nazirliyi də oxşar münasibət göstərir”, - Zaxarova bildirib.
Ermənistanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığına toxunan Zaxarova deyib ki, erməni xalqının qərbli dostları tərəfindən aldadılmasını istəmir:
“Fransa tərəfindən təmin edilən “Bastion” zirehli maşınları uyğun deyil. Müxtəlif ölkələrdə istehsal olunan istifadəyə yararsız hərbi texnikanın toplanması heç vaxt müdafiə qabiliyyətinin artırılmasına kömək etmir”.
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü