Xalq artisti Zaur Rzayev açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, "Xeyirli axşamlar" proqramında yer alan müğənni Zaur adlı tanınmışları məhkəmə ilə hədələyib.
"Efirdə olan Zaurları məhkəməyə vermək istəyirəm. Bir dəfə Zaur Kamaldan soruşdum adı sənə kim qoyub? Etiraf etdi ki, bibim. Zaur Baxşəliyevə dedim adın hardandır? Qəsdən soruşdum ki, görüm, etiraf edəcək. Cavab verdi ki, nənəm qoyub, sizi çox istəyirdi. Zaur Əmiraslanov da etiraf edib ki, sizdən gəlib. Bakıda məndən yaşlı Zaur yoxdur", - Rzayev bildirib.
Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəbnəm Tapdıq müğənnilər Şəbnəm Tovuzlu və Şəbnəm Qəhrəmanovanı adlarına görə məhkəmə ilə hədələyib.
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü