Məktəblərdə qızılcaya yoluxma ilə bağlı vəziyyət izlənilir.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qızılcaya yoluxma ilə bağlı təsdiqlənmiş saylar çox deyil:
"Bəzən başqa simptomlarla qızılca səhv salınır. Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq. Bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir. Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir".
E.Əmrullayev valideynlərə çağırış edib:
"Valideynlər övladlarını mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmalıdır. Ən qısa zamanda xüsusilədə aşağı yaşlı şəxslər peyvənd olunmalıdır".
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video