Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.
Agentlikdən BUTA.TV-a bildirilib ki, görüşdə direktor Ceyhun Kərəmov peşə təhsili sahəsində beynəlxalq tərəfdaşlar sırasında Türkiyənin xüsusi yer tutduğunu söyləyib. O bildirib ki, yaxın gələcəkdə Qəbələ və Bakıda Türkiyə ilə ortaq iki peşə təhsili müəssisəsinin qurulması planlaşdırılır.
Görüşdə, həmçinin qardaş Türkiyənin əmək bazarının araşdırılması və təhlili, əldə olunan nəticələrin peşə təhsili sisteminə tətbiqi, pedaqoji heyətin təlimlərə cəlb edilməsi ilə bağlı təcrübələr də müzakirə edilib.
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var