Ölüm xəbərimi yayanlar peşəsindən xəbəri olmayan jurnalistlərdir.
Bu barədə Kult.az-a açıqlamasında müğənni Arzu Rzayev bildirib. “Məni bu məsələylə bağlı hətta canlı efirə də çağırıblar. Bu peşəsindən xəbəri olmayan jurnalistlərin yaydığı məlumatdır. Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən nömrəmə xaricdən nə qədər insan zəng edib. Bu xoşagəlməz xəbərləri yayanlara “ayıb olsun” deyirəm”, - o deyib.
Qeyd edək ki, bu gün “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevin oğlu Arzu Rzayev vəfat edib. Lakin bir çox xəbər saytının manşetində müğənni Arzu Rzayevin fotosundan istifadə olunub.
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- “Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video
- FHN, DİN və AAYDA birgə məlumat yaydı
- Daha 7 şəhidimiz dəfn olunacaq - Foto
- Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
- Qatar yoluna çıxan 2 nəfər faciəli şəkildə öldü
- İlham Əliyev Bakıda yeni salınan parkda...