İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Prezident Rəisinin Ankaraya rəsmi səfəri nəzərdə tutulmuşdu, lakin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə həsr olunacaq, İran və Türkiyənin xarici işlər nazirlərinin dəvət olunacağı iclas səbəbindən təxirə salındı. Telefon danışığı zamanı iki ölkə prezidenti planlaşdırılan səfərin bir neçə gün ərzində baş tutacağı və səfər zamanı tərəflərin Təhlükəsizlik Şurasının iclasının nəticələrini müzakirə edəcəkləri barədə razılığa gəliblər”, - məlumatda deyilir.
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var