Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi