Yaxın 10 gün ərzində hava kəskin soyumayacaq.
BUTA.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hava ilə bağlı uzunmüddətli proqnoz vermək doğru deyil:
"Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük və bir həftəlik olur. Bundan daha uzun müddətə nəsə söyləmək düzgün deyil. Bu, yalnız fərziyə ola bilər".
Nazir müavini bildirib ki, qışda hava şəraitinin soyuq keçəcəyi istisna edilmir:
"Ancaq yaxın həftə, on gün ərzində havanın temperaturunun kəskin şəkildə aşağı düşəcəyini gözləmirik".
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi