Əməkdar artist Rəhman Rəhmanov bir otaqlı evini nümayiş etdirib.
BUTA.TV bildirir ki, sənətçinin evində "Çıxış yolu" proqramı çəkiliş edib. Aktyor 30 ildir bu evdə yaşadığını bildirib: "Döşəməsi yoxdur, bünövrəsiz tikilidir, yarımzirzəmi sayılır. Burada yeyib, burada da yatırıq. Qonaq da qəbul edirik. Bir otaqdır, yataq tərəfi pərdə ilə ayırmışıq. Həyat yoldaşımındır, şəxsi evim yoxdur. Neçə dəfə müraciət etmişəm, amma imtina gəldi. Mənə indi ev lazım deyil, yaşlanmışam. Bir ayağım burada, digər ayağım orada". Sənətçi 6 sot torpaq aldığını, lakin imkansızlıqdan böyük hissəsini satdığını deyib:
"25 il əvvəl dövlətdən 6 sot torpaq almışdım. İmkanım olmadı, bir hissəsin satdım. Yarı hissəsi buradır. Qalan hissəni də iki nəfərə satdım. Lakin onlara ev tikməyə icazə vermədilər. İcra Hakimiyyətindən məcbur icazə aldım ki, öz adıma ev tikim. Mən qaldım bir otaqda, onlar isə sağlıqlarına qismət, böyük villa tikdilər. Adı mənim, dadı isə onların oldu. İndi də deyirəm ki, mənim heç bir mal-mülküm yoxdur, amma inanan yoxdur".
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- “Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video
- FHN, DİN və AAYDA birgə məlumat yaydı
- Daha 7 şəhidimiz dəfn olunacaq - Foto
- Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
- Qatar yoluna çıxan 2 nəfər faciəli şəkildə öldü
- İlham Əliyev Bakıda yeni salınan parkda...