Böyük Britaniyanın paytaxtı Londonda İsrailə dəstək məqsədilə yürüş keçirilib.
BUTA.TV AP-yə istinadən xəbər verir ki, yürüşə Britaniyanın keçmiş baş naziri Boris Conson da qatılıb.
Consonla yanaşı yürüşdə Britaniyanın baş ravvini Efraim Mirvis və digər yüksək rütbəli hökumət rəsmiləri iştirak edib.
Təşkilatçılar bunu onilliklər ərzində Londonda antisemitizmə qarşı keçirilən ən böyük toplantı kimi qiymətləndiriblər.
Yürüş iştirakçıları İsrail və Britaniya bayraqlarını dalğalandırıb, əllərində “Bir daha heç vaxt” və “Antisemitlərə sıfır tolerantlıq” yazılan lövhələr tutublar.
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi