Antarktidada səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş gələn həftə Birləşmiş Ərəb Əmirliklərində qurumun İqlim Sammitində (COP28) iştirak edəcək ölkələrin liderlərinə qlobal temperaturun artımını 1,5 dərəcə selsiyədək məhdudlaşdırmaq, insanları iqlim xaosundan müdafiə etmək və yer altından çıxarılan yanacaq epoxasına son qoymaq üçün tədbirlər görməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin saytında qeyd olunub.
"Antarktidanı yatmış nəhəng adlandırırlar, lakin indi iqlim böhranı ilə əlaqədar o, ayıla bilər. Antarktidada baş verənlər Antarktidada qalmayacaq. Yüz mil uzaqda baş verənlər buraya bilavasitə öz təsirini göstərir”, - Quterreş bildirib.
Onun sözlərinə görə, Qrenlandiyanın buz lövhəsi də sürətlə əriyərək ildə 250 giqatondan çox buz itirir:
“Biz əsrin sonunadək temperaturun 3 dərəcə selsi artımına doğru hərəkət edirik. Bu, Qərbi-Antarktik buz lövhəsinin təxminən yarısının itkisi və dəniz səviyyəsinin 5 metrədək qalxması deməkdir. Çünki buz günəş şüalarını əks etdirir, onun itməsi ilə atmosfer tərəfindən daha çox isti udulur və nəticədə bütün dünyada qasırğaların, daşqınların, yanğınların və quraqlıqların şiddətlənməsi baş verir”.
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi