Müğənni Yusif Mustafayevdən illər əvvəl 90 min manat pul alan şəxslər bu günə kimi onu müğənniyə qaytarmayıblar.
BUTA.TV Titul.az-a istinadən xəbər verir ki, bunu sənətçinin özü "Həmin Zaur" verlişində bildirib. 13 il əvvəl ev tikdirmək üçün dostuna 60 min manat pul verdiyini qeyd edən Yusif Mustafayev, bu günə kimi o pulun geri qaytarılmadığını qeyd edib.
Müğənni ikinci dəfə yenidən başqa bir dostuna müəyyən müddətlik 30 min manat borc verdiyini, lakin üzərindən illər keçməsinə baxmayaraq həmin pullarının da geri qaytarılmadığından giley-güzar edib.
Lakin Y.Mustafayev hər iki şəxsin dostu olduğu üçün onların adını çəkmək istəmədiyini sözlərinə əlavə edib. Sənətçi bildirib ki, dostları namuslarına and içiblər ki, yaxın aylarda ona olan borclarını tamamilə geri qaytaracaqlar.
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
- Bakının bu məntəqələri arasında xüsusi avtobuslar olacaq
- Bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
- Prezidentimizlə görüşdə bunu demək istəyirdim - Şəhid atası
- Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
- “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” - Makron özündən çıxdı
- 20 günün əsgəri vəfat etdi