Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etməsi Rusiya mediasının gündəmini zəbt edib.
BUTA.TV xəbər verir ki, bugünkü toplantı çərçivəsində rus mediası və politoloqlarının diqqəti Ermənistanın siyasi istiqamətini əsaslı şəkildə dəyişdirməsi istiqamətinə yönəlib.
Eyni zamanda, Ermənistanın Roma Statutunu ratifikasiya etdikdən sonra Putinin İrəvana gedib-getməyəcəyi də müzakirə mövzusudur.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərin Rusiya liderinin Ermənistana gedib-getməyəcəyi ilə bağlı sualına yalnız bircə sözlə cavab verib: “Haçansa”.
Uşakovun jurnalistlərin KTMT-nin Minskdə keçirilən bugünkü sammitində Ermənistanı kiminsə təmsil edib-etməməsi ilə bağlı suala verdiyi cavab isə daha maraqla qarşılanıb. Uşakov bu sualı ingiliscə “Nobody” (heç kim) deyə cavablandırıb.
Uşakovun niyə ingiliscə cavab verməsi isə müzakirə doğurub: bu, Ermənistanda vəziyyətin artıq “rusca” deyil, “ingiliscə” olduğunamı işarədir?
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi
- Soba başçını “yandırdı” - Yeni foto