Biz KTMT-nin üzvüyük, düşmən sərhədlərimizi zəbt etdi, KTMT heç bir reaksiya vermədi.
BUTA.TV xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, 2021-ci ilin mayında KTMT ilə əlaqə saxlayıblar:
“Dedilər ki, ərizəni səhv formada vermisiniz, forma-4-ə uyğun müraciət etməlisiniz, amma sizdə forma-2-dir. Sonra heç nə etmədilər, dedilər ki, biz sizin sərhədlərinizin haradan keçdiyini bilmirik.
İndi isə müşahidəçi göndərə biləcəklərini deyirlər. Maraqlıdır, əgər o müşahidəçilər gəlsə, harda dayanacaqlar? Axı onlar bizim sərhədimizin harda olduğunu bilmir? Harda dayanacaqlar, İrəvanda?”
Bu halda niyə Ermənistanın hələ də KTMT-də qaldığı barədə sualı isə Melkonyan bu cür cavablandırıb:
“O an gələcək ki, hər şey aydınlaşacaq, nəyin nə olduğunu anlayacağıq. Rusiya qorxur ki, Ermənistan KTMT-dən çıxsa, növbəti Qazaxıstan olacaq, o, dərhal çıxacaq. Yəni bu blok dağılacaq. Onlar göstərmək istəyirlər ki, onların yanında duran ölkələr var, amma onların yanında duran bütün dövlətlər qul statusundadır. Onlar siyasəti və iqtisadiyyatı diktə edirlər. Və eyni zamanda KTMT-nin qalmasını istəyirlər”.
Deputat deyib ki, ötən ilin noyabrında İrəvan KTMT qarşısında Azərbaycanı təcavüzkar kimi tanıyıb-tanımadığı barədə sual qaldırıb:
“İndiyə qədər cavab yoxdur. Amma onlar görəndə ki, biz KTMT-də maraqlı deyilik, alternativimiz var, başqa dövlətlərlə əməkdaşlıq edirik, təşvişə düşüblər”.
- Azərbaycan vətəndaşı belə əsir götürüldü - Video
- Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı