1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır. Bununla bağlı əlimizdən gələni edəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Abdülməcid Təbbunla görüşündən sonra mediaya açıqlamasında deyib.
“Fələstin məsələsi ədalətli siyasi həll yoluna qovuşmasa regionumuzda daimi sülh və sabitliyin təminatı mümkün deyil. Ümid edirik ki, tez bir zamanda girovların mübadiləsi ilə bağlı müsbət nəticəni görəcəyik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, R.T.Ərdoğan Əlcəzairdə səfərdədir.
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili
- “Qara qutu"nun incələnməsinə başlanıldı
- Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto
- AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi
- ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto
- Təyyarəmiz bu sistemlə vurulub - Təcili