“Bir Allah şahiddir ki, bəlkə də Yer üzündə mənim kimi kövrək, ürəyi təmiz ikinci adam ola bilməz. Bunu mən deyirəm və altından da xətt çəkirəm. Amma kişiliyimə, şəxsiyyətimə əl uzadanın basıb gözünü çıxardaram”.
Ölkə.Az xəbər verir ki, bunu müğənni Manaf Ağayev televiziya efirlərinin birində aparıcı ilə arasında yaşanan qalmaqala münasibət bildirərkən deyib.
“Sən mənimlə oturmusan, məni tanıyırsan və buna uyğun sual verməlisən. Canlı efirdir, sən dəxli olmayan bir sual verirsən. Dostlarım, bacılarım, ailəm, qohumlarım baxır. Hamı Manafı başqa cür tanıyır. Sən mənə ləkə yaxırsan, xələl gətirirsən. Yerində cavabını verməliyəm, düşənməməliyəm nə baş verər, hansı nəticə ilə bitər. O sonranın işidir. Onlar da bilir, əsəbiyəm, qıcıqlanaram, vura bilərəm. Amma haqqına”, - deyə sənətçi “künc-bucağ”ın efirində dilə gətirib.
Manaf Ağayev bununla yanaşı, səhvini etiraf edən xüsusiyyətinin olduğunu söyləyib: “Elə bir xasiyyətim var ki, özümdən qat-qat aşağı, səviyyəsiz insandan üzr istəyərəm ki, səhv etmişəm. Mən belə bir insanam, səhvimi boynuma alan adamam. Həmişə kasıbın, imkansızın, zəifin yanında olmuşam”.
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- “Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video
- FHN, DİN və AAYDA birgə məlumat yaydı
- Daha 7 şəhidimiz dəfn olunacaq - Foto
- Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
- Qatar yoluna çıxan 2 nəfər faciəli şəkildə öldü
- İlham Əliyev Bakıda yeni salınan parkda...