Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov

12:08 - 20 Noyabr 2023 - CƏMİYYƏT

 Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov

Hazırda gömrük orqanları ilə sahibkarlar arasında əlaqələr yaxşı şəkildə qurulur.

BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2023” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, 2015-2021-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb:

“Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb”.

Ş.Mövsümov onu da bildirib ki, son üç ildə qlobal geosiyasi vəziyyət mürəkkəbləşir:

“Qlobal ticarət sistemini parçalamaq təhlükəsi yaradan geosiyasi gərginliklər Azərbaycan üçün narahatlıq doğurur. Bunun nəticəsində qlobal əmtəə bazarlarında yaranan qeyri-müəyyənlik şəraitində milli iqtisadiyyatımız üçün yeni imkanlar və çağırışlar yaranıb. Həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də iqtisadiyyatın rəqabət qabiliyyətinin təminidir. Bununla yanaşı ixracyönümlü iqtisadi modelə keçidin reallaşdırılması, yüksək texnoloji tutumlu məhsulların istehsalının təşkil edilməsi nəzərdə tutulur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol