Paşinyan 44 günlük savaşdan 10 gün öncə yazmışdı ki…

08:02 - 20 Noyabr 2023 - GÜNDƏM

 Paşinyan 44 günlük savaşdan 10 gün öncə yazmışdı ki…

Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-sabit siyasəti, vaxtaşırı olaraq fikir dəyişdirməsi və təzadlı siyasi xətt tutması Ermənistanda daim müzakirə mövzusudur.

BUTA.TV xəbər verir ki, “Hraparak” nəşri Paşinyanın ziddiyyətli açıqlamaları və bir-birini təkzib edən fikirlərini qarşılaşdırıb. Bildirilib ki, Paşinyan sanki hakimiyyətə gələndən sonra cidd-cəhdlə müharibəyə can atıb. Buna misal olaraq 2020-ci ilin iyul hadisələri göstərilib. Nəşr dolayısı ilə 2020-ci il Tovuz hücumunu Ermənistan hakimiyyətinin törətdiyi təxribat olduğunu da təsdiqləyib.

N.Paşinyan məhz “uğurlu iyul hücumundan” sonra – 2020-ci ilin avqustunda Yerablurda Ermənistan ordusunu “regionun ən güclü ordusu” olaraq qiymətləndirib.

Nəşrin iddiasına görə, sülhdən danışan, sülh yolları təklif edən Nikol Paşinyan Azərbaycanla müharibəyə nail olmaqla, “Qarabağdan qurtulmaq” istəyirdi:

“Paşinyanın bu planı ən azı 2019-cu ilin payızında mövcud idi: o, müharibəyə nail olaraq, Qarabağdan canını qurtarmaq istəyirdi. Buna sübut kimi milliyətcə yəhudi olan bloger Lapşinin həmin vaxt jurnalist Nairi Hoxikyana verdiyi məlumatı göstərmək olar.

Onun 44 günlük müharibədən 10 gün əvvəl Feysbukda yazdığı geniş yazının başlığını yada salaq: “Səhv etmək əzmi doğru yoldur”.

Məqalədə bildirilib ki, 2008-2009-cu illərdə N.Paşinyan Qarabağın Ermənistan üçün ağır yük olduğunu və bundan qurtulması gərəkdiyini bildirmişdi, 2019-cu ildə isə “Qarabağ Ermənistandır və nöqtə” demişdi.

Müəllif hesab edib ki, bu, şəxsiyyətin ikiləşməsidir və ruhi xəstəlik sayılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol