400 minlik toyla gündəmə gələn bloger Aysel Şükürova yenə boşanır

21:57 - 18 Noyabr 2023 - MAQAZİN

 400 minlik toyla gündəmə gələn bloger Aysel Şükürova yenə boşanır

400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

BUTA.TV xəbər verir ki, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib.  O, “Instagram”dakı 1,1 milyonlluq profilindən əri ilə birgə olan bütün fotolarını silib. 

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q. Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb. 

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.

Bu xəbər hal-hazırda çox oxunur
Şagirdlərin yerdəyişməsi bu tarixdə başlanacaq

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol