Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım

01:02 - 18 Noyabr 2023 - GÜNDƏM

 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım

Bu ilin on ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 9 milyard 087,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən BUTA.TV-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 895,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə

müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
20 günün əsgəri vəfat etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol