Bizim İsrailə borcumuz yoxdur, borcu olanlar sərbəst danışa bilməz.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrail-Fələstin müharibəsini borcluluq psixologiyası ilə qiymətləndirmək olmaz. Bax, mən sərbəst danışıram. Çünki bizim İsrailə heç bir borcumuz yoxdur. Əgər borcumuz olsaydı, bu qədər sərbəst danışa bilməzdim. Amma borcu olanlar sərbəst danışa bilmirlər. Mən antisemitizmlə bağlı mövqe tutan ilk liderəm. Ona görə də heç kimə borcumuz yoxdur. İndi təbii ki, biz bu səfərdə bunlardan danışacağıq, lakin bütün bunlarla yanaşı, danışmağımız lazım olan vacib bir məsələ də bunu necə həll edəcəyimizdir", - Ərdoğan qeyd edib.
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar