Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov “Rusiyanın əmək şücaəti” ordeni və "Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına verdiyi töhfəyə görə" 1-ci dərəcəli medalı ilə təltif olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, “Rusiyanın əmək şücaəti” ümumrusiya ictimai təşkilatının nümayəndələri tərəfindən təşkil olunan tədbir Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində keçirilib.
Qeyd edək ki, bir neçə gün öncə Adam Kadırov 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edilmişdi.
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar