Bu məğlubiyyət utancvericidir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Klasson Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində meydana çıxan 31 yaşlı yarımmüdafiəçi təmsilçimizin daha motivasiyalı mübarizə apardığını bildirib:
“İndiyə qədər beynəlxalq oyunlarda belə halla üzləşməmişdim. Azərbaycanlı futbolçular bütün duelləri, ikinci topları qazandılar. Onlar bizdən daha motivasiyalı idilər. Bu da nəticəyə təsir edən əsas amil oldu”.
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinaviyalılar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar