Xəbər verdiyimiz kimi, Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə hadisənin baş verdiyi yerdən görüntülər yayılıb.
Qeyd edək ki, 16 noyabrda saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Arif Acaloğlu İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim olub. Alim Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən "Əhməd Ağaoğlu və Türk dünyası" beynəlxalq elmi konfransında iştirak etmək üçün Bakıya gəlib. O, konfransda məruzə ilə çıxış etməli idi.
Azər Maqsudov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiridir.
Hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır