Ukraynadakı münaqişə zonasında vəziyyət NATO rəhbərliyinin gözlədiyindən də mürəkkəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq deyib.
O qeyd edib ki, son vaxtlar Rusiya ordusu təmas xəttində hücum əməliyyatları keçirməyə başlayıb, rus qoşunları tədricən Donetskin Avdeyevka şəhərinə doğru irəliləyir:
“Ancaq vəziyyətin gözləniləndən daha mürəkkəb olması yardıma qarşı arqument deyil, bu, Ukraynaya daha böyük yardımın lehinə olan arqumentdir. Müttəfiqlər Rusiya Prezidenti Vladimir Putinin qalib gəlməsinə imkan verə bilməzlər. Hadisələrin bu cür inkişafı alyansın özünə mənfi təsir göstərəcək”.
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto
- Kəmaləddin Heydərov hadisə yerində - Video
- Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar