Gürcüstanda əhalinin 77%-i Rusiya, 12%-i Türkiyə və 9%-i ABŞ-ı ölkə üçün ən böyük siyasi təhlükə hesab edir.
BUTA.TV xəbər verir ki, bu barədə Beynəlxalq Respublikaçılar İnstitutu apardığı sorğunun nəticələrinə əsasən məlumat yayıb.
Respondentlərin 6%-i İranı, 4%-i Çini, 4%-i Azərbaycanı, 4%-i Ermənistanı, 3%-i isə Ukraynanı Gürcüstana ən böyük siyasi təhlükə sayıb.
Sorğu iştirakçılarının 9%-i cavab verməkdən imtina edib.
Tədqiqat 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək respondentlərlə fərdi müsahibə formatında aparılıb. Sorğuda 1200 Gürcüstan vətəndaşı iştirak edib.
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto