Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Abşeron rayonunun Xırdalan şəhəri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto