İsrail ordusu ilk dəfə Qəzzanın cənub rayonlarının əhalisini dərhal evlərini tərk etməyə və sığınacaqlarda gizlənməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.
İsrail təyyarələrindən atılan elanlarda Xan Yunisin şərq məhəllələrinin sakinlərinə müraciət olunur:
"Təhlükəsizliyiniz üçün siz dərhal yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz".
Qeyd edək ki, İsrail müharibə başlayandan indiyədək qəzzalıları zolağın şimalından cənubuna köçməyə çağırıb. Hazırda isə əməliyyatlar cənuba yönəlir.
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto