İnstaqram sosial şəbəkəsi Çeçenistan rəhbərinin oğulları Axmat, Adam və Eli Kadırovun, həmçinin respublika rəhbəri Ramzan Kadırovun fəaliyyətləri ilə bağlı səhifələrini bloklayıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib: “Bir gün əvvəl müxtəlif internet platformalarında respublikamızda aparıcı akkauntlar bloklanıb. Bunlar Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun və Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun fəaliyyətindən bəhs edən səhifələrdir. Bundan əlavə, başçının oğulları - Axmat, Eli və Adam, həmçinin Xamzat Kadırovların, Çeçenistan dövlət teleradio şirkəti "Qroznı"nın üç kanalının YouTube-da hesabları bloklanıb. Aydındır ki, kiçik Çeçenistan Respublikası xaricdəki “söz azadlığına” nəzarət edənlər arasında o qədər qorxu yaradır ki, onlar informasiya sahəsində həqiqətin səsini boğmağa o qədər can atırlar”.
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto