Moskva İrəvana Roma Statutunu ratifikasiya etmədən Beynəlxalq Cinayət Məhkəməsinin mexanizmlərindən istifadə etməyi təklif edib, lakin erməni tərəfi güzəşt yollarına məhəl qoymayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də Qərbin Beynəlxalq Cinayət Məhkəməsi vasitəsilə ölkəmizin rəhbərliyinə və rəsmilərinə qarşı tətbiq etdiyi antirusiya siyasəti fonunda İrəvan bunu sırf siyasi səbəblərə görə ratifikasiya etmək qərarına gəldi”, - Zaxarova deyib.
O əlavə edib ki, əgər İrəvan hələ də öz əlləri ilə yaratdığı problemləri həll etməkdə maraqlıdırsa, Moskvanın fikrincə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var.
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
- Bakıda güclü yanğın: Nazir hadisə yerindədir - Foto