Fələstin-İsrail münaqişəsinin regiondan kənara çıxması ABŞ-ın istəyi ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mənə elə gəlir ki, bu cür ssenarilər hazırlayan insanlar əslində daha böyük böhrana səbəb olmaq istəyirlər. Bəlkə də amerikalıların istədiyi budur. Mən nə İranın, nə də başqa bir ölkənin regionda genişmiqyaslı müharibəyə həvəs göstərdiyini görürəm. Əgər bu təmkin zəiflik, Qəzzada istədiyini etmək üçün yaşıl işıq kimi qəbul edilərsə, bu, böyük səhv olar”, - o bildirib.
Lavrov qeyd edib ki, Rusiyadan gələn hər şey düşmənçilik aktı, düşmən təşəbbüsü kimi qəbul edilir:
“Amma mahiyyətcə, praktiki baxımdan Vaşinqton İsrailin əl-qolunu bağlamaq istəmir. Tarixi baxımdan Fələstin dövlətinin yaradılması qaçılmazdır. Qəzza zolağının gələcəyi ilə bağlı müzakirələrin əksəriyyəti indi İsraillə qonşu olan Fələstin dövlətinin yaradılmasına diqqət yetirmir”.
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama
- Azərbaycanda yeni universitet yaradıla bilər
- Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü
- Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər
- Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı
- Vüsal Aslanov sərnişinlərdən üzr istədi
- Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
- Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video