Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili Gürcüstanın İctimai Televiziyasının efirində Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın daşınmasına münasibət bildirərkən deyib.
Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var:
“Biz bunu Prezident Əliyevin, Baş nazir Paşinyanın və həmçinin, Azərbaycanın Baş nazirinin Gürcüstana səfəri zamanı da dəfələrlə eşitmişik. Gürcüstan hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyasından istifadə etmək imkanı yaradır. Bu, bərabər şərtlər əsasındadır. Söhbət beynəlxalq razılaşmalarla icazə verilən konvensional texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onu əldə etmək hüququ var. Bu, bizim məsələyə cavabımızdır və bu mövzuda əlavə eyham və ya söz-söhbət yersiz olar”.
Qeyd edək ki, bazar günü Fransadan göndərilən “Bastion” zirehli transportyorları Poti limanında qəbul edilib və Gürcüstan ərazisi ilə Ermənistana çatdırılıb. Çatdırılan hərbi texnikanın ən azı 21 ədəd olduğu bildirilir.
- Yanan anbar “Trendyol”a məxsusdur? - Açıqlama
- Azərbaycanda yeni universitet yaradıla bilər
- Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü
- Rasim İldırımzadənin işi: Vəkillər həbssiz cəza xahiş etdilər
- Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı
- Vüsal Aslanov sərnişinlərdən üzr istədi
- Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
- Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video